Sərt şaxtalar amerikalılara aman vermir - ÖLÜ SAYI ARTDI
Güclü külək, qar və şaxta ilə müşayiət olunan sərt hava şəraiti səbəbindən ABŞ-ın şimal-şərqində ölənlərin sayı 19 nəfərə çatıb. APA TV-nin "CBS News" telekanalına istinadən verdiyi məlumata görə, həmin insanların əksəriyyəti əlverişsiz hava şəraitinin səbəb olduğu yol-nəqliyyat qəzalarında, yaxud donaraq ölüb.
Bir çox yerlərə 30 sm-dən çox qar yağıb. Əlverişsiz hava şəraitinin istirahət günləri də müşayiət ediləcəyi proqnozlaşdırılır. Güclü külək və qar səbəbindən Massaçusets ştatında 22 min, Virciniya ştatında 45 min, ümumilikdə isə şimal-şərq ştatlarında 100 mindən artıq insan elektrik enerjisindən məhrum olub. O cümlədən relslərin buz bağlaması səbəbindən Mayamidən Nyu-Yorka gedən 311 sərnişinin olduğu qatar relsdən çıxıb. Qatarın relsdən çıxması nəticəsində xəsarət alan olmayıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Nyu-Yorkda fəaliyyətini dayandırmış Con Kennedi adına beynəlxalq aeroport isə dünən fəaliyyətini bərpa edib. Nyu-Yorkda müvəqqəti bağlanmış La-Quardiya aeroportu da artıq fəaliyyətə başlayıb.
OXŞAR XƏBƏRLƏR
18:48
440
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
435
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
528
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
321
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
444
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
690