Bakıda hava küləkli və çiskinli keçəcək
Bakı və Abşeron yarımadasında yanvarın 6-da hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 6-da bəzi yerlərdə çiskinli yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?