İŞİD HƏMAS-a cihad elan etdi
İŞİD HƏMAS-a qarşı cihad elan edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, terrorçu qruplaşmanın Misirin Sina yarımadasındakı qolunun yaydığı bir videoda HƏMAS-la işbirliyində suçlanan şəxs edam edildikdən sonra İŞİD tərəfdarlarına Qəzzada adı çəkilən qruplaşmaya qarşı döyüşməyi əmr edib.
22 dəqiqəlik video ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi görüntüləri ilə başlayır. Bundan sonra isə HƏMAS-ın ABŞ-la bacarmadığı iddia edilərək, Qəzzada onlara qarşı cihad başlandığı elan edilir.
Videoda həmçinin HƏMAS "kafir qərbin dəstəkçisi" elan edilir. Əlində xəncər tutan bir şəxs müsəlmanları ABŞ və HƏMAS-a təslim olmamağa, əksinə, düşmənlərə qarşı amansız olmağa səsləyir.
OXŞAR XƏBƏRLƏR
18:48
451
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
449
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
541
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
323
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
446
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
692