Bakıda kütləvi dava olub - BIÇAQLANAN VAR
Bakının Xətai rayonunda gənclər arasında kütləvi dava olub. APA TV-nin verdiyi xəbərə görə, insident NZS qəsəbəsi, Nobel prospektində baş verib.
Gənclərin əlbəyaxa davası 1993-cü il təvəllüdlü Əliyev Sənan Səfər oğlunun bıçaqlanması ilə bitib. O, ətrafdakıların köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və dərhal da cərrahiyyə otağına verilib. Müəyyən edilib ki, bıçaq xəsarətləri S.Əliyevə döş qəfəsindən və qarnından yetirilib. Xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.
Bıçaqlanma ilə bağlı Xətai polisinə də məlumat verilib. Hadisənin iştirakçısı olan bir neçə nəfərin polis tərəfindən saxlanıldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
18:48
451
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
449
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
541
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
323
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
446
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
692