Tövləsində 3 kq heroin gizlədən Cəlilabad sakini saxlanıldı
Cəlilabadda 3 kiloqramdan artıq heroin dövriyyədən çıxarılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, əməliyyat Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Evin həyətindəki tövlədə gizlədilmiş 2 bükümdə narkotik vasitə aşkar olunub.
Əməliyyat zamanı götürülmüş heroinin ümumi çəkisi 3,118 kq təşkil edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
451
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
449
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
541
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
323
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
446
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
692