CAR-da sərnişin qatarı yük maşını ilə toqquşub - 18 ÖLÜ, 260 YARALI
Cənubi Afrika Respublikasında baş vermiş dəmir yolu qəzasında azı 18 nəfər dünyasını dəyişib. APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, qəza zamanı sərnişin qatarı yük maşını ilə toqquşub.
Hadisə Hennenman və Krunstad şəhərləri arasında baş verib. Toqquşmadan sonra qatarın bir neçə vaqonu relsdən çıxaraq yanıb. Port Elizabet-Yohanesburq reysi ilə hərəkət edən qatarda 713 sərnişin olub.
İnsident nəticəsində 260 nəfər xəsarət alıb. Yaralıların çoxunun vəziyyəti ağırdır.
OXŞAR XƏBƏRLƏR
18:48
451
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
449
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
541
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
323
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
446
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
692