Novruz bayramında bir həftə qeyri-iş günü olacaq
Bu il Novruz bayramı ilə bağlı qeyri-iş günləri məlum olub.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Qərara əsasən beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.
OXŞAR XƏBƏRLƏR
18:48
451
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
449
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
541
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
323
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
446
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
692