Səudiyyə Yəmən husilərinin təchizat yolunu bağladı - XÜSUSİ ƏMƏLİYYATLA
Səudiyyə Ərəbistanı Yəməndə husiləri blokadaya alıb. APA TV-nin Rusiya mənbələrinə istinadən məlumatına görə, üsyançıların əsas təchizat xətti kəsilib.
Həmin istiqamətlərdən husilərin nəzarətində olduğu Taiz və Hodeyda şəhərlərinə silah və digər yardımlar göndərilirdi. Ər-Riyad dəfələrlə yardımların İrandan edildiyini iddia edib.
Həmin istiqamətin nəzarətə götürülməsi üçün xüsusi əməliyyat keçirilib və xeyli husi üsyançısının məhv edildiyi bildirilir.
Xatırladaq ki, husilər Yəməndə 2014-cü ildə üsyan edərək ölkənin xeyli hissəsini ələ keçirib. Onlar prezident Əbd Rabbu Mansur Hadini devirib və keçmiş dövlət başçısı Əli Abdullah Salehlə ittifaqa giriblər. Ötən ilin noyabrında isə üsyançılarla Saleh arasında münaqişə yaşanıb və eks-prezident öldürülüb.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?