Gəncədə AVTOBUS SÜRÜCÜSÜ DİSPETÇERİ BIÇAQLADI
Gəncədə sürücü ilə dispetçer arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Bu barədə APA TV-nin qərb bürosuna Gəncə şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib. 14 nömrəli marşrut xətt üzrə hərəkət edən mikroavtobusun sürücüsü, 30 yaşlı Tural Kazımovla həmin xətdə mikroavtobusların hərəkətinə nəzarət edən dispetçer, 36 yaşlı Elnur Həsənov arasında mübahisə yaranıb. Tural Kazımov üstündə gəzdirdiyi bıçaqla Elnur Həsənovu vurub. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Təcili əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Tural Kazımov könüllü olaraq, Nizami rayon Polis İdarəsinə gələrək bıçağı polisə təhvil verib və Elnur Həsənovu bıçaqladığını bildirib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı