Bakıda əlbəyaxa dava: bir nəfərə 6 bıçaq vuruldu
Gecə saatlarında paytaxtda 27 yaşlı gənc bıçaqlanıb. APA TV xəbər verir ki, qanlı hadisə Bakının Yasamal rayonunda baş verib.
1991-ci il təvəllüdlü Süleymanov Fərid Rafiq oğlu ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb. Onun bədəninin müxtəlif hissələrində 6 bıçaq zərbəsinin izləri aşkarlanıb.
Məlum olub ki, F.Süleymanov Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində hələlik adı açıqlanmayan şəxslə əlbəyaxa olub. Dava zamanı isə qarşı tərəf ona çoxsaylı bıçaq xəsarətləri yetirib.
Cinayətin istintaqını Yasamal RPİ-nin əməkdaşları araşdırır.
OXŞAR XƏBƏRLƏR
18:48
469
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
477
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
556
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
326
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
449
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
694