GÖYÇAYDA FACİƏ: pəncərə silən 18 yaşlı qız yıxılıb öldü
Göyçay rayonunda 18 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Göyçay şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. 1995-ci il təvəllüdlü Aynurə Əhmədova yaşadığı binanın beşinci mərtəbəsindən yıxılıb. A.Əhmədova təcili olaraq, Göyçay Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. O, aldığı ağır bədən xəsarətləri səbəbindən xəstəxanada keçinib. Hadisə şahidlərinin sözlərinə görə, Aynurə Əhmədova pəncərə şüşəsini silərkən ehtiyatsızlıq edərək yıxılıb. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinin rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq.
18 yaşlı qızın intihar etməsi və ya ehtiyatsızlıq səbəbindən yıxılaraq dünyasını dəyişməsi versiyalarını Göyçay rayon Prokurorluğu araşdırır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI