Samuxda yol qəzası can aldı - 2 ÖLÜ, 2 YARALI
Samuxda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Sərkar yolunda qeydə alınıb.
"QAZel" və "VAZ 2110" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər - Samux rayon Sərkar kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Tural Ənnağı oğlu və onun həmkəndlisi 1986-cı il təvəllüdlü Nəsibov Ruslan Xaliq oğlu dünyasını dəyişib. Sərkar kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Zaur Zirəddin oğlu və daha bir nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
469
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
478
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
556
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
326
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
449
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
694