Peruda avtobus 100 metrlik uçuruma düşdü - AZI 36 ÖLÜ
Peruda avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 36 nəfər ölüb, 6 nəfər də xəsarət alıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident Perunun paytaxtı Lima şəhərindən 70 km aralıda, "Şeytan aşırımı" adlanan dağ yolunda baş verib.
Toqquşmadan sonra salonunda 50 sərnişin olan avtobus qayadan 100 metr dərinlikdə dərəyə aşıb.
Avtobusun düşdüyü yer əlçatmaz olduğundan xilasetmə işləri ləngiyib. Yaralılar uzun müddət hadisə yerində qalıb. Üstəlik ölənlərin və yaralıların əşyaları bir qrup sakin tərəfindən qarət edilib.
Sonradan əraziyə polis, xilasedicilər və helikopter cəlb olunub.
Ölənlərin sayının artacağı istisna olunmur.
OXŞAR XƏBƏRLƏR
18:48
469
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
478
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
556
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
326
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
449
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
694