Astarada baş verən yanğında ev sahibi öldü
Astarada yaşayış evi yanıb. APA TV-nin Cənub bürosunun məlumata görə, hadisə nəticəsində ev sahibi xəsarət alaraq dünyasını dəyişib.
Birmərtəbəli kommunal tipli yaşayış evində baş verən yanğın zamanı 57 yaşlı ev sahibi Rahim Şəfiyev 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Yaralının həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
469
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
478
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
556
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
326
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
449
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
694