Səudiyyədən sonra İordaniya: ŞAHZADƏLƏR HƏBS OLUNDU
İordaniya kralı II Abdullah iki qardaşını və əmisi oğlunu ordudakı vəzifələrindən azad edərək, ev həbsinə saldırıb.
APA TV-nin məlumatına görə, iddiaya görə kral bu addımı Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə özünə qarşı planlaşdırılan hərbi çevrilişi önləmək üçün atıb. Şahzadə qardaşların və yaxın qohumun Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirlikləri şahzadəsi Zayed ilə əlaqə yaratdığı məlum olub.
İordaniya kəşfiyyatı saxlanılan şəxslərin Səudiyyə və BƏƏ şahzadələri ilə razılaşmasını biləndən sonra Kral Abdullah bu qərarı verib.
Türkiyə mətbuatının iddiasına görə, Qətərda çevrilişə cəhd edib, ölkəni mühasirəyə alan, Livan baş naziri Saad Haririni istefaya göndərmək istəyən, ancaq bu planı da boşa çıxan, Fələstin rəhbəri Mahmud Abbası təslim olmağa məcbur edən ABŞ-Səudiyyə Ərəbistanı-BƏƏ ittifaqı bu dəfə İordaniyaya əl atıb.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?