Özünü öldürüb, maşınını yandırdılar - AĞSTAFADA DƏHŞƏTLİ QƏTL
Ağstafada dəhşətli qətl törədilib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb.
Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yaxınlığında yanmış vəziyyətdə aşkar edilib.
Məlum olub ki, Ağstafa rayonundan evlənmiş Samir Əliyev biri boyun nahiyəsindən, digəri isə sağ bel onurğa hissəsindən olmaqla iki bıçaq zərbəsi alıb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
OXŞAR XƏBƏRLƏR
18:48
482
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
504
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
574
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
328
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
451
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
697