İranda hakimiyyətə qarşı etiraz aksiyaları başladı - MİTİNQLƏRDƏN GÖRÜNTÜLƏR
İranı etiraz aksiyaları dalğası bürüyüb.
APA TV-nin məlumatına görə, ölkənin Rəşt, İmamşəhr, Yəzd və Məşhəd də daxil olmaqla bir neçə şəhərində yüzlərlə etirazçı "Həsən Ruhaniyə ölüm!" və "Nə Qəzza, nə Livanda, yaşayırıq İranda!" şüarları ilə küçələrə çıxıb.
Məşhəd şəhərindəki aksiyalar daha kütləvi olması ilə yadda qalıb. Etirazçılar ölkədəki sərt qayda-qanunlara, habelə ağır sosial-iqtisadi vəziyyətə, eləcə də qiymət artımına etiraz olaraq hökumət və prezident əleyhinə şüarlar səsləndirib. İranda istənilən kütləvi aksiya qadağan edildiyindən, son nümayişlər də icazəsiz keçirilib.
Polis aksiyaya kobud qaydada müdaxilə etməsə də, dövlət əmlakına ziyan verilməsi ittihamıyla bir neçə nəfər saxlanılıb. Aksiya iştirakçıları həmçinin İran hakimiyyətindən Fələstin və "Hizbullah"ı dəstəkləməyə son qoymağı, bunun əvəzində ölkədaxili problemlərə diqqət ayrılmasını tələb edib.
Qeyd edək ki, etirazçılar tələbləri yerinə yetirilməyincə aksiyaların davam edəcəyini bildiriblər.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?