Paytaxtda sürücü avtomobili iki yol ayrıcında dəmir arakəsməyə vurdu
Bakının Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza Heydər Əliyev prospektində, Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.
Eyvazzadə Eltürk Elmar oğlu idarə etdiyi "VAZ 2172" (Lada Priora) markalı avtomobillə keçmiş "Komsomol" dairəsi istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxan nəqliyyat vasitəsi dəmir çəpərlərə çırpılıb. Məlumata görə, sürücü Bakıxanov qəsəbəsinə aparan Elşən Mehdiyev küçəsinə dönmək istəyib və bu vaxt dönmə manevrini düzgün seçmədiyi üçün qəza qaçılmaz olub.
Hadisə nəticəsində sürücü özü və yanında olan bir sərnişin yüngül xəsarət alıb. Yol qəzasının təfərrüatlarını isə Sabunçu polisi araşdırır.
OXŞAR XƏBƏRLƏR
18:48
499
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
521
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
589
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
331
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
454
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
699