Sürücünün ürəyi tutdu, avtomobil dərəyə aşdı - 5 NƏFƏR XƏSARƏT ALIB
Astarada ağır yol qəzası baş verib. Avtomobilin dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Deqədi-Pəlikeş avtomobil yolunun rayonun Kijəbə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, avtoqəza 1969-cu il təvəllüdlü Şəmsəddin Qasımovun "UAZ" markalı avtomobilin sükanı arxasında olarkən qəfildən ürəktutması keçirməsi zamanı baş verib və idarəetmədən çıxan avtomobil dərəyə aşıb. Nəticədə avtomobildə olan 9 nəfərdən beşi - sürücü Ş.Qasımov, onun sərnişinləri - 1995-ci il təvəllüdlü İlahəddin Qasımov, 1985-ci il təvəllüdlü Bəhruz Hüseynov, 1985-ci il təvəllüdlü Salam Qasımov və 1986-cı il təvəllüdlü Ramin Qasımov xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan iki nəfərin - sürücü Ş.Qasımovun və sərnişin S.Qasımovun vəziyəti ağır olaraq qalır.
Qeyd edək ki, avtomobildə olan şəxslər toy şənliyinə gedirmiş. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
499
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
521
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
589
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
331
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
454
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
699