Gəncədə iki sərxoş piyadanı avtomobil vurub - BİRİNİN VƏZİYYƏTİ AĞIRDIR
Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, şəhərin Yeni Gəncə qəsəbəsində Tofiq Quliyevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili Daşkəsən rayon sakinləri, 54 yaşlı Qafqaz Rəhimov və 45 yaşlı Etibar Bağırovu vurub.
Ağır xəsarət alan piyadalar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Q.Rəhimovun vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata əsasən, hadisə zamanı piyadalar sərxoş vəziyyətdə olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
505
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
526
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
600
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
333
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
455
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
699