Dəqiqləşdi: Türkiyə Rusiyadan 4 divizion "S-400" alır
Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi alması dəqiqləşib. APA TV-nin məlumatına görə, bu barədə “Rostex”in baş direktoru Sergey Çemezov “Kommersant”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, 4 divizion “S-400” üçün Rusiyaya 2,5 milyard dollar ödəniləcək. Artıq tərəflər “S-400”-lərin alınması üçün rəsmi Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar. “Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizi isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından tədarük etməyə başlayacağıq”, - deyə o bildirib.
Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb.
OXŞAR XƏBƏRLƏR
18:48
505
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
526
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
600
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
333
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
455
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
699