Türkiyə KİV: ABŞ Suriyada yeni terror qruplaşması yaradır
"ABŞ Suriyada nəzarətdə saxladığı ərazilərdə yeni terror qruplaşması yaradıb". APA TV-nin məlumatına görə, belə bir iddia ilə Türkiyə mətbuatı çıxış edib.
İddialar görə, "Ceyş əl-Cədit" adı verilən qruplaşmada 2500 PKK terrorçusu yer alıb və onlar xüsusi yaradılmış üç düşərgəyə yerləşdirilib. Həmin düşərgələr Haseke və Deyr əz-Zor ərazilərində qurulub.
Qruplaşmanın birbaşa olaraq ABŞ-ın Suriyadakı hərbi nümayəndəsi Brett Makqark tərəfindən idarə edildiyi bildirilir.
Hazırda Suriyanın 1/3-nə nəzarət edən ABŞ hərbçilərinin ən yaxın müttəfiqləri PKK-nın qolu olan PYD/YPG-dir.
Pentaqonun əsas planının bu terror qruplaşmasında sayı 30000 min nəfərə çatdırmaq və ölkədə yenidən vətəndaş müharibəsini başlatmaq olduğu, bu məqsədlə bəzi ərəb əşirətləri ilə danışıqlar aparıldığı deyilir.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?