"Qalatasaray" dara düşən keçmiş futbolçusuna əl uzatdı
“Qalatasaray” keçmiş futbolçusu Emmanuel Ebueyə təklif yollayıb. APA TV-nin məlumatına görə, Fildişi Sahili yığmasının keçmiş futbolçusu İstanbul klubunda uşaq komandalarından birini çalışdıracaq.
Son vaxtlar tamamilə müflisləşən və şəxsi həyatı qaydasında getməyən sağ cinah müdafiəçisi hətta bir neçə dəfə intihar etmək istəmişdi. Onun bu problemlərindən xəbər tutan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim isə vaxtilə rəhbərliyi altında oynamış futbolçunu darda qoymaq istəməyib və onu işlə təmin edib. Bir müddət əvvəl haqqında HİV xəstəsi olması ilə bağlı xəbərlər dolaşan Ebue həyat yoldaşı ilə boşandıqdan sonra var-dövlətini də itirib.
Qeyd edək ki, o, “Arsenal”dan ayrıldıqdan sonra 3 mövsüm (2011-2014-cü illərdə) “Qalatasaray”da çıxış edib.
OXŞAR XƏBƏRLƏR
18:48
523
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
540
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
614
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
335
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
458
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
702