Moskvada avtobusla piyadaları vuran sürücü: "QAZLA ƏYLƏCİ SƏHV SALDIM"
Rusiya paytaxtında idarəetmədən çıxan marşrut avtobusu piyada keçidinə girib. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, hadisə metronun "Slavyanski bulvar" stansiyasının yaxınlığında baş verib.
Skolkovo və "Slavyanski bulvar" məntəqələri arasında hərəkət edən avtobusun dayanacaqda dayanmış insanları vurması nəticəsində 5 nəfər dünyasını dəyişib, daha 15 nəfər xəsarət alıb. Ölənlərin arasında 12 yaşlı uşaq da var. Ərazidə polis və xilasetmə qüvvələri müayinələr aparıb.
Avtobusun sürücüsü artıq saxlanılıb. Məlum olub ki, o ilk dəfə imiş ki, həmin avtobusun sükanı arxasına keçibmiş. Sürücünün sözlərinə görə, həmin vaxt əlindən düşən su şüşəsini qaldırmaq üçün əyilib və qaz pedalı ilə əyləc pedalını səhv salıb. İlkin olaraq avtobusun başqa bir nəqliyyat vasitəsi ilə toqquşması və ya əyləcinin sıradan çıxması versiyaları da səsləndirilib.
OXŞAR XƏBƏRLƏR
18:48
523
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
540
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
614
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
335
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
458
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
702