31 yaşlı Abşeron sakini azyaşlı övladına görə bıçaqlandı
Abşeron rayonu ərazisində bıçaqlanma olub. APA TV-nin verdiyi xəbərə görə, hadisə Məhəmmədi qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əsədov Nahid Azad oğlu kürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
N.Əsədov mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Məlumata görə, o, azyaşlı övladını məktəbdən evə gətirən zaman tanımadığı bir sürücü idarə etdiyi "VAZ 2107" markalı avtomobili uşağın üstünə sürərək onu qorxudub. Bundan qəzəblənən Nahid həmin adamla mübahisə edib və nəticədə bıçaqlanıb.
Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır.
OXŞAR XƏBƏRLƏR
18:48
523
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
540
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
614
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
335
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
458
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
702