Qonşuları evini yağmaladı - BİRİ ÜÇ DƏFƏ HƏBSDƏ OLUB
Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.
APA TV-nin cənub bürosu xəbər verir ki, rayonun Göytəpə şəhər sakini Samir Babayev bir neçə gün əvvəl Rayon Polis Şöbəsinə müraciət edərək, yaşadığı evdən oğurluq edilməsi barədə məlumat verib. Mənzildən 3200 manat nağd pul, qızıl-zinət əşyaları və televizor aparılıb.
Hadisə ilə bağlı Cəlilabad RPŞ-nin əməkdaşları araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində oğurluğun zərərçəkmişin qonşuları tərəfindən törədilməsi müəyyən edilib. Tezliklə İntiqam Dadaşov və əvvəllər oğurluqlar etdiyinə görə 3 dəfə məhkumluq həyatı yaşayan Elşən Bayramov saxlanılaraq istintaqa təhvil veriliblər. Həmin şəxslərdən oğurladıqları əşyaların müəyyən hissəsi maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?