"Fənlərin Dostluğu" adlı VIII olimpiadanın qalibləri mükafatlandırılıb
"2006-cı ildə tətbiq olunan yeni təhsil kurrikulumunun icrasında fənlərarası dostluq mühüm yer tutur".
APA TV-nin məlumatına görə, bu fikirləri "Hədəf" kurslarının təşkilatçılığı ilə Odlar Yurdu Universitetində keçirilən "Fənlərin Dostluğu" adlı VIII olimpiada qaliblərinin mükafatlandırılması mərasimində "Hədəf"in təsisçisi Şəmil Sadiq bildirib.
O deyib ki, fənlərarası inteqrasiyanın təminatı abituriyentlərin istənilən mövzunu asan mənimsəməsinə şərait yaradır. Ş.Sadiq yeni tipli test tapşırıqlarının hazırlanmasında fənlərarası əlaqə amilinin nəzərə alındığını da diqqətə çatdırıb.
Daha sonra çoxfənli inteqrasiya üzrə yeni test nümunələrinin təqdimatı olub, "Fənlərin dostluğu" adlı kompozisiya nümayiş etdirilib. Olimpiadanın qaliblərinə mükafatları Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev və "Hədəf" kurslarının təsisçisi Şəmil Sadiq təqdim ediblər.
Qeyd edək ki, tədbirin informasiya dəstəyi APA TV-yə məxsusdur.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?