Rusiya gələn il hərbi xərclərə nə qədər vəsait ayıracaq? - ŞOYQU AÇIQLADI
"Suriyadakı rus qoşunlarının çıxarılma prosesi yekunlaşıb".
APA TV-nin məlumatına görə, bunu Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb. Eyni zamanda indiyədək ölkə daxilindəki əməliyyatlarda 50 minə yaxın rus hərbçisinin iştirak etdiyi, hazırda ölkə daxilindəki Xmeymim və Tartus bazalarında Rusiya Hərbi Polisinə aid üç batalyonun qaldığı bildirilib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin iki həftə öncə Xmeymim bazasında olarkən İŞİD-in məğlub edildiyini açıqlayıb və qoşunların çıxarılmasına göstəriş verib.
ABŞ tərəfi isə İŞİD-in hələ də mövcud olduğunu, koalisiya qüvvələrinin isə onun tam məhvinədək Suriyadan çıxmayacağını bildirib.
Yeri gəlmişkən, Rusiyanın 2018-ci il üçün hərbi büdcəsi açıqlanıb. Müdafiə Nazirliyinin kollegiya iclasında çıxış edən nazir Sergey Şoyqu bildirib ki, növbəti il üçün hərbi məqsədlərə 46 milyard dollar ayrılacaq.
OXŞAR XƏBƏRLƏR
14:25
175
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
570
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
586
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
693
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
363
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
480