Cəlilabadlı şagirdlər Bakıda tapıldı: "Yeni ili keçirməyə gəlmişdik"
Cəlilabad rayonunda itkin düşən iki məktəbli tapılıb.
APA TV-də Cənub bürosunun məlumatına görə, Xalid Əliyev və həmyaşıdı İsmayıl Əmənov bu gün Bakı şəhərində tapılıblar.
Hər iki şəxs Bakının mərkəzi "Nizami" küçəsində tapılıb. Uşaqlar evdən getməsinin səbəbini Yeni il bayramını Bakıda keçirmək istəyi ilə izah ediblər. Onların Bakıdakı hotellərin birində gecələdiyi məlum olub.
Qeyd edək ki, Cəlilabad şəhərindəki Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Xalid Əliyev həmyaşıdı İsmayıl Əmənovla birgə dekabrın 21-də dərsə getmək adı ilə evdən çıxıb, geri qayıtmayıblar.
OXŞAR XƏBƏRLƏR
14:25
175
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
570
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
586
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
693
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
363
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
480