Saakaşviliyə vətəndaşlıq verilə bilər - XANIMINA GÖRƏ
"Niderland Krallığı Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşviliyə vətəndaşlıq verə bilər".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu krallığın xarici işlər naziri Halbe Zeylstra jurnalistlərə bildirib. O deyib ki, sabiq prezident Niderland vətəndaşı ilə rəsmi nikahda olduğundan vətəndaşlıq üçün müraciət etmək hüququna malikdir.
Bundan bir qədər əvvəl isə ölkənin Ədliyyə Nazirliyi sabiq qubernatorun Niderland ərazisində müvəqqəti yaşamaq hüququ almaq üçün müraciət edə biləcəyini açıqlayıb.
Qeyd edək ki, holland əsilli Sandra Rulofs ilə evli olan M. Saakaşvili bir qədər əvvəl bəzi Avropa ölkələrinin ona vətəndaşlıq təklif etdiyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
14:25
175
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
570
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
586
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
693
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
363
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
480