Bakının MƏRKƏZİ YOLLARI BAĞLANACAQ
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı paytaxtda keçiriləcək tədbirlərlə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, idarə bununla bağlı xüsusi tədbirlər planı hazırlayıb.
Tədbirlər planına əsasən, dekabrın 12-də paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq və anım mərasimlərinin təşkil olunduğu ərazilərdə polis naryadlarının sayı artırılacaq.
Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08.00-dan başlayaraq, Fəxri xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Ziyarət başa çatanadək M. Müşfiq küçəsi ilə H. Cavid prospektlərinin kəsişməsində, M. Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, M. Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.
BŞBPİ-i sürücüləri qeyd olunan istiqamətlərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı