Yeniyetmə qızın ayağının üstündən avtobus keçdi
Axşam saatlarında Abşeron rayonunda sərnişin avtobusu yeniyetmə qızı vurub. APA TV-nin məlumatına görə, hadisə Masazır dairəsi yaxınlığında baş verib.
Məlumata görə, 2001-ci il təvəllüdlü Abdullazadə Aytən Seyfəddin qızı yolu keçmək istəyən zaman 303 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı avtobus onun ayağının üstündən keçib. Nəticədə sol ayağından xəsarət alan yeniyetmə qız 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.
Avtobusun sürücüsünün sözlərinə görə, 16 yaşlı Aytən qəfildən avtomobil yoluna daxil olduğu üçün nəqliyyat vasitəsini vaxtında saxlamaq mümkün olmayıb.
Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır.
OXŞAR XƏBƏRLƏR
14:25
175
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
570
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
586
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
693
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
363
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
480