Katalonlar parlament seçkilərində - İKİ PARTİYA İDDİALIDIR
Kataloniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermə günü ümumilikdə 2680 seçki məntəqəsi yerli vaxtla saat 09.00-dan 20.00-dək fəaliyyət göstərib. Seçici fəallığı yerli vaxtla 18.00-da rekord həddə – 68 faizdən çox olub.
Qeyd edək ki, Kataloniyada 5,55 mln. nəfər səsvermə hüququna malikdir, onlardan 226 min nəfəri xaricdə yaşayır.
Səsvermənin yekunlarına əsasən, 135 nəfər deputat mandatına malik olacaq. Sorğulara əsasən, ümumilikdə 7 əsas partiyanın parlamentə keçmək şansı var. Birinci yerə “Kataloniyanın solçu respublikaçıları” partiyası və İspaniyanın ərazi bütövlüyünü dəstəkləyən “Vətəndaşlar” mərkəzçi partiyası daha çox iddialıdır.
Deputatlar aprelin 7-dək Kataloniya hökumətinin rəhbərini təyin etməlidir.
OXŞAR XƏBƏRLƏR
14:25
249
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
581
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
600
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
696
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
366
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
483