BMT Qüdsü İsrailə vermədi - 128 DÖVLƏTİN SƏSİ
BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9 dövlət əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb.
Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau və Toqo səs verib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-nin qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.
Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.
Qətnamə həmçinin bütün dövlətlər tərəfindən BMT TŞ-nin qətnamələrinə zidd olan tədbir və addımların atılmamasını tələb edir.
OXŞAR XƏBƏRLƏR
14:25
252
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
582
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
601
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
696
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
366
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
483