Zaqatalada ev içindəki əşyalarla birlikdə kül oldu
Zaqatalada fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanıb.
APA TV-nin məlumatına görə, yanğın dekabrın 20-də axşam saat 21:50 radələrində rayonun Dardoqqaz kəndində, kənd sakini Nəriman Əhməd oğlu Babayevə məxsus, ümumi sahəsi 120 kv. m olan kürsülü birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:25
256
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
583
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
601
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
696
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
366
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
483