İsmayıllıda 61 yaşlı qadın dəm qazından zəhərləndi
İsmayıllı rayonunda zəhərlənmə hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qalıncaq kəndində qeydə alınıb.
Kənd sakini, 1956-cı il təvəllüdlü Gülsənəm Qaraş qızı Zeynalova hamamda qaz balonunun yandırılması zamanı içəri daxil olan dəm qazı səbəbindən zəhərlənib. Ailə üzvləri hadisədən vaxtında xəbər tutduğundan, Gülsənəm Zeynalova təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Hazırda qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəyə səbəb isə zərərçəkənin balon qazından istifadə qaydalarına düzgün əməl etməməsi olub.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR