Ukraynada BARRİKADALAR SÖKÜLDÜ
Ukrayna paytaxtı Kiyevdə keçirilən etiraz aksiyasının iştirakçıları Zabitlər Evinin yaxınlıqdakı ərazini tərk edir. APA TV xəbər verir ki, “İnterfaks-Ukrayna” agentliyinin yaydığı məlumata görə, onlar Azadlıq Meydanına doğru irəliləyir. Ukrayna Daxili Qoşunlarının bir neçə yüz əsgəri Nazirlər Kabinetinin qarşısında müxaliflərin qurduqları çadır şəhərciyi və barrikadaları sökməyə başlayıb.
Çadır şəhərciyi söküldükdən sonra etirazçılar milis kordonundan maneəsiz keçərək Maydana doğru istiqamət alıb. Onlar “Yaşasın Ukrayna”, “Zek rədd ol” kimi şüarlar səsləndirir.
Verilən digər məlumata görə, hüquq-mühafizə orqanları prezident administrasiyasının mühafizəsini gücləndirir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçıların düşərgəsini əhatəyə alıblar. Lakin aksiyaçılar bu dəfə müqavimət göstərməyiblər.
Onlar sadəcə, milisləri “cinayətkar əmrləri yerinə yetirməməyə” və aksiyaçıları döyməməyə çağırıblar. Etirazçılar arasında siyasi partiyaların nümayəndələri də olub.
Digər yandan ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukrayna prezidenti Viktor Yanukoviçə zəng edib. Bayden etiraz aksiyaları zamanı zorakalıq hallarının artmasından narahatlığını ifadə edib, habelə Yanukoviçi müxalifətlə danışıqlara başlamağa çağırıb.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI