Səudiyyə Qətərlə sərhədləri bağladı
Səudiyyə Ərəbistanı Qətərlə sərhədlərini bağlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, krallığın Gömrük İdarəsi "Səlva" sərhəd məntəqəsinin bağlandığı barədə qərar çıxarıb.
Səudiyyə Ərəbistanı ilə Qətər arasında iyunun 5-dən başlayan gərginlikdən sonra məntəqə bir dəfə də bağlanmış, oradan yalnız zəvvarların keçidinə icazə verilmişdi. Ər-Riyad hələlik məsələ ilə bağlı şərh verməyib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir iyunun 5-dən Qətərlə diplomatik əlaqələri kəsməsi körfəz ölkələri arasında gərginliyə səbəb olub.
OXŞAR XƏBƏRLƏR
16:37
92
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
302
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
613
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
631
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
701
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
387