Meksikada turist avtobusu aşdı - 15 ÖLÜ
Meksikada turistləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində 15 xarici vətəndaş dünyasını dəyişib.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avtoqəza Kintana Roo ştatında qeydə alınıb. İlkin məlumata əsasən, avtobusun aşması nəticəsində 11 nəfər elə hadisə yerində, daha 4 nəfər isə xəstəxanada can verib. Ölənlər arasında ABŞ, İsveç, Braziliya və İtaliya vətəndaşları da var. Qəzada 18 nəfər də xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Bildirilir ki, turistlər Maxaual hava limanından Çakçoben şəhərinə gəzintiyə gedirmiş. Avtobusda ümumilikdə müxtəlif ölkələrdən gəlmiş 31 turist olub.
OXŞAR XƏBƏRLƏR
16:37
99
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
303
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
613
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
631
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
701
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
387