ABŞ-da sahibkarlar və fiziki şəxslər üçün vergi dərəcəsi azaldıla bilər
ABŞ Konqresinin Nümayəndələr Palatası sahibkarlıq və fiziki şəxslər üçün vergi dərəcəsinin azaldılmasını nəzərdə tutan islahatı qəbul edib.
APA TV-nin “Reuters”ə istinadən verdiyi xəbərə görə, qanun layihəsi hazırda Senata yönəldilib. Yuxarı palata da qanunu qəbul etsə, sənəd imzalanması üçün prezident Donald Trampa təqdim ediləcək.
Qeyd olunan dəyişiklik ABŞ-da son 30 ildə ən irimiqyaslı vergi islahatıdır. Şirkətlər üçün hazırda 35% təşkil edən vergi dərəcəsinin 2018-ci ildən 21 faizə endiriləcəyi gözlənilir.
Qanun layihəsinin qəbul edilməsinə 227 respublikaçı səs verib, 203 deputat isə əleyhinə çıxıb. Ancaq demokratlar bu vergi islahatına bircə səs də verməyib. Demokratlar və onların tərəfdarları bu islahatla qətiyyən razılaşmır. Onların fikrinə görə, ondan daha çox varlı insanlar və iş adamları yararlanacaq. Gəliri ildə 50-90 min dollar olan 70% amerikalının vergisi isə arta bilər.
OXŞAR XƏBƏRLƏR
16:37
208
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
336
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
637
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
635
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
705
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
391