DYP Gəncə-Bakı yolunda reyd keçirib
Dövlət Yol Polisi istər yol hərəkəti, istər də sərnişindaşıma qaydalarının pozulması ilə bağlı profilaktik reydlərini davam etdirir.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Goranboy rayonu ərazisində keçirilən reyd də bu qəbildən olub.
Gəncə-Bakı magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində keçirilən reydlər əsasən sərnişindaşıma qaydalarına ciddi riayət olunması xarakteri daşıyıb. Reyd zamanı sərnişin daşıyan sürücülər tərəfindən texniki şərtlərin, sənədləşdirmə işinin və ümumi normativlərin pozulması ilə bağlı bir sıra neqativ hallar aşkarlanıb. Onların içərisində müvafiq sənəd və ya lisenziya olmadan Bakı şəhərinə sərnişin daşıyan sürücülərə də rast gəlinib.
Qayda pozuntusu ilə bağlı digər xarakterik hal uzaq məsafəyə sərnişin daşıyan kiçik qabaritli avtobusların sürücülərinin tibbi yoxlanışlardan keçməsində səhlənkarlıqla bağlı olub. Reys sürücüləri səfər qabağı hər gün tibbi yoxlamalardan keçməli olduqları halda, bu işə səhlənkar yanaşanlara da rast gəlinib.
Budəfəki reyd zamanı sözügedən qayda pozuntuları ilə bağlı 16 nəfər sürücüyə protokollar və müvafiq cərimələr tərtib olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib