NATO nümayəndəsi: "ABŞ-ın səyləri Qarabağ münaqişəsinin həllinə ümidləri artırır"
"NATO Dağlıq Qarabağ münaqişəsinin həllində yeni impuls yaranacağına əmindir. Çünki bu problemin aradan qaldırılması bütövlükdə regiona fayda verəcək".
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bunu İrəvanda keçirilən tədbirdə NATO baş katibinin müavini Rouz Hetemüller bildirib.
O, eyni zamanda həll prosesində diplomatik səylərin artdığına da toxunaraq, bu faktorun münaqişənin tezliklə həll olunacağına inamı yüksəltdiyinə diqqət çəkib.
"Mən prezidentlərin oktyabrda, habelə xarici işlər nazirlərinin iki həftə əvvəl ATƏT çərçivəsində Vyanada keçirdikləri görüşləri yüksək qiymətləndirirəm. Eyni zamanda ABŞ-ın münaqişənin nizama salınmasında ən yüksək səviyyədə iştirakı, onun həllinə olan ümidləri daha da artırır" - deyə, R.Hetemüller fikirlərini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib