Bağdadi tutulub, saxlandığı yer açıqlanıb - ŞOK İDDİA
ABŞ hərbçiləri İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini yaxalayaraq, Amerikanın Suriyadakı hərbi bazasında saxlayırlar.
APA TV-nin məlumatına görə, bu barədə "Yeni Şafak" nəşrinə məsələ ilə bağlı məlumatlı mənbə bildirib.
Mənbənin bildirdiyinə görə, Əbu Bəkr Əl Bağdadi İraqda ələ keçirildikdən sonra ABŞ-ın Suriyanın şimal-şərqindəki Ras əl-Ayn şəhərində yerləşən hərbi bazasına aparılıb, daha sonra isə əl-Hasaka şəhəri yaxınlığındakı dayaq məntəqəsinə köçürülüb. Məlumata görə, əl-Bağdadi ilə birlikdə İŞİD-in 7 səhra komandiri də ələ keçirilib, onlardan birinin İraq vətəndaşı olduğu bildirilir.
Qeyd edək ki, iyunun ortalarında Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin aviazərbə nəticəsində məhv edildiyini bəyan etmişdi. ABŞ tərəfi isə öz növbəsində əl-Bağdadinin ölmədiyini iddia etmişdi.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib