Rusiyada yaşayan QANUNSUZ MİQRANTLARIN SAYI AÇIQLANDI
Hazırda Rusiya ərazisində 3,5 milyona yaxın qanunsuz miqrant yaşayır.
Bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski ölkənin insan haqları müvəkkillərinin Koordinasiya Şurasının iclasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya ərazisində vizasız gediş-gəliş hüququna malik olan 8,5 milyon miqrant var: “Qanunsuz miqrantların əksəriyyəti MDB ölkələrinin vətəndaşıdır. Onlar ölkəmizə qanuni daxil olsalar da, burada qalma müddətini pozublar. Bizim hesablamalarımıza görə, Rusiyada qanuni qalma müddəti bitmiş və qeyri-leqal şəkildə işləyən 3,5 - 3,6 milyon əcnəbi vətəndaş yaşayır”.
O qeyd edib ki, hər gün avtomatik sistem təxminən üç min qanunsuz miqrantın ölkəyə girişini bağlayır. Bu gün 410 min vətəndaş üçün Rusiyaya giriş bağlıdır.
Miqrantlarla bağlı cinayət hadisələrinin artmasından sonra Rusiya ilin başından bu yana 200 mindən çox qanunsuz immiqrantı ölkədən kənarlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI