İrandan Azərbaycana 41 kq narkotik keçirmək istədi
Astara polisi ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik aşkarlanıb.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində əməliyyat keçirib.
Əməliyyat-axtarış tədbirləri zamanı şəhər sakini Orxan Əlizadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman üzərindən bir bükümdə çəkisi 41,2 qram olan tiryək aşkar edilərək götürülüb. Onun Astara şəhəri Səməd Vurğun küçəsində yerləşən yaşadığı evə də baxış keçirilib. Bu zaman isə əlavə olaraq 3 bükümdə ümumi çəkisi 3 kiloqram 370 qram narkotik vasitə olan tiryək də aşkar edilib.
Şübhəli şəxs qismində tutulmuş Orxan Əlizadə narkotik vasitələri qabaqcadan əlbir olduğu Nadir adlı İran İslam Respublikasının vətəndaşından aldığını və qaçaqmalçılıq yolu ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib