Zaqatalada yaşayış evi yandı
Zaqatalada fərdi yaşayış evində yanğın olub.
APA TV-nin xəbərinə görə, yanğın bu gün səhər saat 09:00 radələrində rayonun Yolayrıc kəndində Fərhad Abdulhəmid oğlu Musayevə məxsus, ümumi sahəsi 240 kv. m olan ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın zamanı evin dam örtüyünün 45 kv. m-lik hissəsi və ikinci mərtəbədə otaqlardan birinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:21
233
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
313
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
309
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
379
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
649
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
650