FES dolların uçot dərəcəsini artırdı - MALİYYƏ BAZARLARI ÇALXALANIR
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.
APA TV-nin məlumatına görə, proqnozlaşdırıldığı kimi, FES uçot dərəcəsini 0,25 - 1,25 faiz səviyyəsindən 1,50 faizədək artırıb.
Bu arada qurum gələn il ərzində uçot dərəcəsini üç dəfə 2,25 faizədək artıracaq.
Bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır.
Komitənin dörd üzvü isə 2019-cu ildə uçot dərəcəsinin azı beş dəfə artırılacağını istisna etməyib.
Qeyd edək ki, bundan əvvəl FES martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb.
OXŞAR XƏBƏRLƏR
18:21
233
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
313
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
309
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
379
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
649
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
650