Balıqçının tilovu elektrik naqilinə ilişdi - LƏNKƏRANDA FACİƏ
Lənkəranda göldən balıq tutmaq istəyən şəxs bədbəxt hadisənin qurbanı olub. Onu elektrik cərəyanı vurub.
APA TV-nin cənub bürosunun xəbərinə görə, bədbəxt hadisə axşam saatlarında rayonun Girdəni kəndində baş verib. Rusiya vətəndaşı olan 52 yaşlı Tahir Əliyev əmisi oğlu ilə birlikdə kəndin meşə ərazisində yerləşən göldən tilovla balıq tutmağa gedib. Ancaq o, gölə tilov atmaq istəyərkən qamışın ucu gölün ərazisindən keçən yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb və T.Əliyevi cərəyan vurub. Nəticədə üç uşağ atası hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, mərhum T.Əliyev kiçik övladının toyunda iştirak etmək, böyük övladını isə hərbi xidmətə yola salmaq üçün Rusiyadan doğulduğu kəndə qonaq gəlibmiş.
Artıq hadisə ilə bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:21
233
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
313
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
309
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
379
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
649
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
650