ABŞ-dan sürpriz açıqlama: Şimali Koreya ilə danışıqlara hazırıq
"ABŞ Şimali Koreya ilə ilkin şərtsiz nüvə problemi ilə bağlı danışıqlara başlamağa hazırdır".
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib.
Onun sözlərinə görə, bu cür görüşdə problemin həlli üzrə "yol xəritəsi"nin tərtib edilməsi mümkündür.
"Danışıqlar nə vaxt başlaya bilər? Biz öz tərəfimizdən danışıqlara hazır olduğumuzu bəyan edirik. Və biz birinci görüşü ilkin şərtsiz keçirməyə hazırıq. Gəlin sadəcə görüşək və istəyirsinizsə hava şəraitindən danışaq" - deyə, Tillerson Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı bildirib.
"Masa arxasında üz-üzə əyləşə bilərdik. Daha sonra isə işləmək istədiyimiz istiqamətlər üzrə “yol xəritəsi”ni hazırlaya bilərdik" - deyə dövlət katibi əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib