Ağ Evdən açıqlama: Qoşunlarımız Suriyadan çıxmayacaq
"ABŞ qoşunlarını Suriyadan çıxarmağı planlaşdırmır". APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, bunu Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.
Onun sözlərinə görə, Vaşinqton İraq və Suriyada terrorçularla mübarizəni davam etdirmək niyyətindədir.
Bu arada Donald Tramp əməliyyatlar keçirilərkən Suriya ordusuna endirilən zərbələri qanuni adlandırıb: "Suriyada İŞİD-ə qarşı mübarizə zamanı Suriya hökumət qüvvələrinə və onlara dəstək verən qüvvələrə də zərbələr endirilib. Bu qaçılmaz idi və tam qanunidir. Çünki həmin an anti-terror əməliyyatları aparan ABŞ hərbi kontingentinə və onun müttəfiqlərinə qarşı qarşı böyük təhlükə hiss edilib".
Qeyd edək ki, dekabrın 11-də Vladimir Putin Rusiya qoşunlarının Suriyadan çıxarılmasına dair əmr verib, müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, Rusiya hərbçiləri artıq Suriyadan vətənə qayıtmağa başlayıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib